29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ermənistan ekoloji cinayətini etiraf etdi: Türkiyə ilə razılaşır, Araz çayı...

13 yan 2024 10:00
GÜNDƏM
ads

Araz çayının əvvəlki məcrasına qaytarılması üçün bənd tikilməsi layihəsi Türkiyə ilə razılaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdə qeyd edilib ki, Ermənistan MTUI-nin Su Komitəsinin bağladığı müqaviləyə əsasən, tikinti işlərini “AS ŞİN TRANS” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək.

"Hazırda layihə sənədlərinin Rusiya sərhəd qoşunlarının rəhbərliyi ilə, lazım gələrsə, Türkiyə tərəfi ilə razılaşdırılması üçün müzakirələr aparılır. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq", - məlumatda deyilir.

Müqavilə və layihə sənədlərinə əsasən tikinti işlərinin müddəti 16 ay olacaq.

Xatırladaq ki, Ermənistan tərəfində qanunsuz qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və təxminən 400 hektar ərazisi olan ada yaranıb. Problemlərin qarşısını almaq üçün nazirlik çayın sularını əvvəlki məcrasına yönəltmək üçün Araz çayının hazırkı yatağında uzunluğu təxminən 130 m və dərinliyi 8 m olan bənd tikməyi təklif edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur