Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Qəhrəmanov Ərşad Maarif oğlu iyulun 29-da Kəlbəcərdə intihar edib.
QÜTB.AZ-ın əldə etdiyi məlumata görə, Ə. Qəhrəmanov Ağcabədi rayon sakini olub və orada dəfn edilib.
O, bu ilin aprel ayında hərbi xidmətə yollanıbmış. Ərşadın hərbi xidmətə yollanarkən anası ilə vidalaşmasını əks etdirən görüntüləri təqdim edirik.
Qeyd edək ki, Ə. Qəhrəmanovun özünü güllələyərək intihar etməsi faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Turqut Seydiov