Əfsanəvi amerikalı qolfçu Tayqer Vuds PGA Turuna tam qayıdışını təxirə salmaq məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, Vuds "Genesis Invitational" yarışının ikinci turda altıncı dəfə hədəfi dəqiq nişan aldıqdan sonra iştirakını dayandırdığını elan edib. O, çıxışına davam etsə də, bir müddət sonra davam etməyin mümkünsüz olduğunu anlayıb.
İddialara görə, çempion yarış başlayanda belində sancı olub. Ağrılar yarış boyunca şiddətlənib. Sonradan məlum olub ki, ağrılara səbəb soyuqdəymə olub.
Eyni zamanda, azarkeşlər əfsanəvi idmançıya görə təcili yardımın gəlməsindən narahat olublar. Onun durumunun ciddi olduğu barədə informasiyalar yayılıb. Ancaq yarış təşkilatçıları fanatları sakitləşdirə biliblər.
“Onun bir qədər qızdırması var idi, amma isinmə zamanı özünü yaxşı hiss edirdi. Amma yarışın startından sonra başı gicəllənməyə başladı. Həkimlər onun qrip ola biləcəyini və susuz qaldığını deyirlər. Sistem vuruldu. İindi o, daha yaxşıdır”, - deyə Vudsun meneceri Rob MakNamara məlumat yayıb.
Heybət