03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Mağazadan üç toyuq aldı, yarım kilosu buz çıxdı

03 noy 2024 04:00
GÜNDƏM
ads

Mağazadan toyuq alan vətəndaş evə gəlib toyuğu təmizləyəndə görür ki, aldığı məhsulun təxminən yarım kilosu buzdan ibarətdir.

QÜTB.AZ xəbər verir ki, videonu vətəndaşlardan biri çəkərək "Xəzər Xəbər"in "WhatsApp" qaynar xəttinə göndərib. Üç toyuğun çəkisi üçün pul ödəyən vətəndaş evinə gəldikdən sonra görür ki, aldığı məhsulun yarım kiloya yaxını buzdur.

Görüntülərlə bağlı qida eksperti Fuad Ağayevin sözlərinə görə, toyuq istehsalında müxtəlif texnoloji proseslər aparılır ki, onların da bəzilərində su, buz, dondurma və şoklama kimi mərhələlər icra olunur. Ancaq burada bir istisna var.

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli isə deyir ki, bütün toyuqlar kəsim vaxtı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanılır və onlara satışdan əvvəl gündəlik olaraq baytarlıq arayışı verilir.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə də belə videolar tez-tez yayılır.

Ətraflı süjetdə:

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur