Livan istiqamətindən uçan şübhəli hava hədəfi İsrail hərbçiləri tərəfindən ələ keçirilib.
Publika.az xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
"İDF Hava Hücumundan Müdafiə Qüvvələri Livan ərazisindən İsrail ərazisinə yaxınlaşdığı iddia edilən şübhəli hava hədəfini uğurla ələ keçirib", - bəyanatda deyilir.
Qeyd edilib ki, gün ərzində Livandan İsrailin şimalına doğru çoxsaylı atışlar müşahidə edilib.
Eyni zamanda, yanvarın 27-də İDF döyüşçüləri Livanda bir sıra Hizbullah obyektlərinə, o cümlədən Blida, Mərvahine və Ait əş-Şaab bölgələrində hərbi post və hərbi kompleksə zərbələr endirib.
Hüseyn İbadlı