Balakəndə beşotaqlı fərdi yaşayış evində yanğın olub.
Milli.Az APA-ya istinadən bildirir ki, yanğın hadisəsi gecə saat 02 radələrində rayonun Püştətala kəndində, kənd sakini Həybullah Şəfi oğlu Qarakişiyevə məxsus, ümumi sahəsi 170 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 20 kv/m-lik mətbəxtinin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az