İtaliya millisinin sabiq futbolçusu Roberto Baccionun evinə silahlı şəxslər basqın ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Corriere del Veneto" məlumat yayıb.
5 nəfərdən ibarət qrup ötən gecə Avro-2024-ün İspaniya - İtaliya matçına (1:0) baxarkən 57 yaşlı əfsanəni qarət ediblər. Quldurlar onun Altavilla Visentinadakı villasına soxulublar. 1993-cü ilin "Qızıl top"unun qalibi onlardan birini tutmağa çalışsa da, tapançanın qundağı ilə alnına zərbə alıb.
Daha sonra Baccio və ailəsi bir otağa qapadılıb. Quldurlar saatlar, zinət əşyaları və pul oğurlayıblar. Dünya çempionatının gümüş və bürünc mükafatçısı cinayətkarların getdiyini anlayanda qapını sındıraraq polisə müraciət edib.
İkiqat İtaliya çempionu xəstəxanaya aparılıb və alnına bir neçə tikiş vurulub.
Heybət