Fransalı siyasətçi və Vətənpərvərlər partiyasının lideri Florian Filippot Ukraynada hərbi əməliyyatları davam etdirmək istəyən siyasətçiləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsu cəbhəyə getməyə çağırıb.
Publika.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
Florian Avropa Parlamentinin üzvü Rafael Qluksmanın Fransanın müharibə iqtisadiyyatına keçirilməsinin zəruriliyini bəyan edən fikirlərini belə şərh edib.
“Yaxşı, qoy cəbhəyə getsinlər. Onların müharibəyə getməsi, münaqişəni “son ukraynalıya” qədər davam etdirməkdən daha yaxşıdır”, - siyasətçi yazıb.
Tural