İsrail Müdafiə Qüvvələri ( İDF ) Baş Təhlükəsizlik Xidməti (Şin Bet) ilə birlikdə İordan çayının qərb sahilinin Cenin şəhərində Fələstinin radikal HƏMAS hərəkatının iki yüksək rütbəli üzvünü məhv edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Cenində iki yüksək rütbəli HƏMAS terrorçusu məhv edilib”, - hesabatda onların İordaniya vadisində atışmanın planlaşdırılmasında iştirak etdikləri qeyd edilib.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, məhv edilmiş HƏMAS üzvlərindən biri terror aktlarında iştirakda ittiham olunub. O, partlayıcı qurğuların istehsalı ilə məşğul olub.
Fələstin hərəkatının digər üzvü HƏMAS-ın hərbi infrastrukturuna cavabdeh idi.