İranda kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.
İran mediasının yaydığı xəbərə görə, daha 20 nəfər yaralanıb.
Hadisə yerində xilasetmə işləri davam edir.
***
İranın şərqindəki Cənubi Xorasan əyalətinin Təbəs şəhərində kömür mədənində baş verən partlayışda 30 nəfər ölüb, 17 nəfər yaralanıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
24 nəfərin axtarışları hələ də davam edir.
Partlayış zamanı bloklardakı işçilərin ümumi sayı 69 nəfər olub.
Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub.
Hazırda xilasetmə işləri həyata keçirilir.