29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Həyəcan təbili: Gənclər arasında xərçəng artır

12 yan 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Dünyada xərçəng xəstəliyi diaqnozu qoyulan xəstə sayı dayanmadan artır. Üstəlik, xəstəlik gənclərdə daha çox aşkar edilir.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street" jurnalı "BMJ Oncology" jurnalında dərc olunmuş araşdırmaya istinadən yazır.

İlk növbədə qeyd olunur ki, son 20 ildə ABŞ-da xərçəng diaqnozu qoyulma göstəricisi 12,8% artıb. Eyni zamanda 50 yaşa qədər xərçəng xəstələrinin sayında kəskin artım qeydə alınıb. Xəstəliyin xüsusilə Şimali Amerika, Avstraliya və Qərbi Avropa ölkələrində qeydə alındığı bildirilib.

Xəstəlik cavanlaşır

Nyu York Şəhər Xərçəng Mərkəzində mədə-bağırsaq xərçəngi xəstələrinin proqram direktoru Andrea Çerçəkin sözlərinə görə, xəstəliyin cavanlaşmasının əsas səbəbi həyat tərzidir: "Ola bilsin ki, bu, ətraf mühitin dəyişməsi, yeməklərimiz, dərmanlar və ya hələ müəyyən etmədiyimiz bir şeylə əlaqəlidir".

Vəziyyətin getdikcə daha da pisləşdiyi qeyd edilir. Həkimlər hələ nəyin səhv olduğunu başa düşməyiblər. Mütəxəssislər etiraf edirlər ki, əvvəlki illərlə müqayisədə həyat tərzində dəyişiklik var, fiziki aktivliyin azalması, keyfiyyətsiz məhsullar, yeni toksinlər, mikroplastiklər, həddən artıq piylənmə xərçəngə gətirib çıxarır. Bununla belə, məqalədə qeyd olunub ki, piylənmə və həyat tərzi də vəziyyətin səbəblərini tam izah etmir.

"Bir çox gənc xəstələr çox sağlamdır", - Hyustondakı Texas Universitetində Anderson Xərçəng Mərkəzində kolorektal xərçəng cərrahı Dr. Nensi Y. RBK vurğulayıb.

Aytən Məftun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur