16 dəfə "Grammy" mükafatının sahibi, məşhur müğənni Adel pərəstişkarlarını məyus edib. O, musiqiyə ara verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Las-Veqasda 'Weekends With Adele" adı ilə qastrol səfərinə davam edən Adel, konsert silsiləsi bitdikdən sonra musiqiyə ara verəcək.
Bu payızda qastrol səfərini başa vuracaq 36 yaşlı sənətçinin pərəstişkarları Adelin yeni albom üzərində işləmək üçün daha çox vaxtının olacağını düşünürdülər. Adele isə yeni albomla bağlı gözləntiləri doğurltmadı.
"Yeni musiqi ilə bağlı planım yoxdur. Bundan sonra böyük bir fasilə vermək istəyirəm. Qısa müddətə də olsa, başqa bir yaradıcılıq sahəsi ilə məşğul olmağı düşünürəm", - müğənni Almaniyanın ZDF kanalına müsahibədə bildirib.
Qeyd edək ki, Adelin Veqasdakı son çıxışı noyabrın sonunda baş tutacaq. O, həmçinin gələn ay Almaniyanın Münhen şəhərində bir sıra şoularla çıxış etməyə hazırlaşır.
Məşhur müğənninin "30" adlı son albomu 2021-ci ildə işıq üzü görüb.
Cəmilə