Yeni Zelandiyalı UFC döyüşçüsü Den Huker rusiyalı Arman Tsarukyana qarşı mümkün döyüşdən danışıb.
Publika.az xəbər veririk, Huker bu barədə “The MMA Hour”a müsahibəsində deyib.
“Bəli, bəlkə Armanla döyüşəcəm. Bu adamdan xoşum gəlmir. Məncə, Tsarukyan axmaqdır.
Amma döyüşə bilərmi? 100 faiz. O, sadəcə məni əsəbiləşdirir”, Huker deyib.
Arman Tsarukyan MMA -da 24 döyüş keçirib və 21 qələbə qazanıb. Dan Huker 35 döyüşdə 23 qələbə qazanıb.