Tarixin ən çox maaş alan idmançılarının yenilənmiş reytinqi dərc edib.
Publika.az xəbər verir ki, reytinqi “Sportico” hazırlayıb.
Nəşr hesablama zamanı inflyasiya nəzərə alınmaqla, əmək haqqı, mükafatlar, habelə idmançıların karyerası boyu və onun sonunda qeyri-idman fəaliyyətindən əldə etdiyi gəlirləri nəzərə alıb.
Reytinqdə birinci yeri 3,75 milyard dollar qazanan 6 qat NBA çempionu Maykl Cordan tutub.
İkinci yeri qolfçu Tayqer Vuds (2,66 milyard), üçüncü yeri isə futbolçu Kriştiano Ronaldo (1,92 milyard) tutub.
Tarixdə ən çox qazanan idmançıların ilk 10-luğu:
1. Maykl Cordan (basketbol) – 3,75 milyard dollar
2. Tayqer Vuds (qolf) - 2,66 milyard
3. Kriştiano Ronaldo (futbol) - 1,92 milyard
4. Arnold Palmer (qolf) - 1,76 milyard
5. Lebron Ceyms (basketbol) - 1,7 milyard
6. Cek Niklaus (qolf) - 1,67 milyard dollar
6. Lionel Messi (futbol) - 1,67 milyard
8. Devid Bekhem (futbol) - 1,5 milyard
9. Rocer Federer (tennis) - 1,49 milyard
10. Floyd Meyvezer (boks) - 1,48 milyard