Cəlilabad rayonunun M.Hüseyn küçəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, minik avtomobilinin maneyə çırpılması nəticəsində rayon sakini, 1976-cı il təvəllüdlü Emin Abasov və oğlu, 1997-ci il təvəllüdlü Xalid Abasov müxtəlif xəsarətlər alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az