Macarıstan şirkətləri artıq Qarabağ bölgəsində tikinti işlərində fəal iştirak edirlər.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Cəbrayılın Soltanlı yaşayış məntəqəsindəki tikinti işləri macar şirkətləri tərəfindən həyata keçirilir: "Hesab edirik ki, bu, birgə əməkdaşlığımızın növbəti təzahürü olacaq".
Nazir onu da bildirib ki, azərbaycanlı tələbələrin Macarıstanda sayı ilbəil artır: "Bir sıra universitetlərimiz arasında da əlaqələrimiz mövcuddur".