Polşanın Baş naziri Donald Tusk kritik dövrlərin yaşandığına diqqət çəkərək dünyanın yeni bir müharibə dövrünə daxil olduğunu deyib.
Publika.az xəbər verir ki, mətbuata açıqlama verən Tusk qarşıdakı iki ilin hər şeyi müəyyən edəcəyini vurğulayıb.
“Heç kəsi qorxutmaq istəmirəm, amma müharibə artıq keçmişdə qalan bir şeyi deyil. Bu realdır və əslində iki il əvvəl başlayıb. Hazırda ən çox narahatedici şey, sözün əsl mənasında hər hansı bir ssenarinin mümkün olma gerçəyidir”,- Tusk deyib.
Nazir ABŞ-la güclü ittifaqa ehtiyac yarandığını, müdafiə baxımından müstəqil və özünü təmin etməli olduqlarını qeyd edib: “Bizim vəzifəmiz ABŞ prezidentinin kim olacağından asılı olmayaraq transatlantik əlaqələri inkişaf etdirməkdir”.
Roza Şəfiyeva