Ukrayna Futbol Federasiyası (UAF) FİFA və UEFA-ya şikayət edib.
QÜTB.AZ xəbər verir ki, DÇ-2026-nın Avropa seçmə mərhələsinin püşkatma mərasiminin yayımı zamanı Krım yarımadasının ölkə ərazisinə daxil olmadığı xəritə göstərilib.
“Ukrayna Futbol Assosiasiyası FİFA-nın baş katibi Matias Qrafström və UEFA-nın baş katibi Teodor Teodoridisə 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin püşkatma mərasiminin yayımı zamanı Ukraynanın xəritəsinin təsvirində yol verilən kobud səhvlə bağlı məktub göndərib”, – UAF-ın açıqlamasında bildirilir.
FİFA-nın rəsmi saytında püşkatma proseduru ilə bağlı video yayımlanıb. Siyasi səbəblərdən bir-biri ilə görüşə bilməyəcək komandalardan bəhs edilib. Göstərilən xəritədə Krım Ukrayna ərazisi kimi qeyd olunmayıb.
Qeyd edək ki, Krım 2014-cü ildən Rusiyanın işğalı altındadır.