26.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək

26 iyn 2025 19:00
GÜNDƏM
ads

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) gələcək planlarında təyyarə parkına yeni hava gəmilərinin əlavə edilməsi nəzərdə tutulub.

 

Qutb.az AZAL-a istinadən xəbər verir ki, bunu Səhmdar Cəmiyyətin Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə AZAL-ın təşəbbüsü ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri üçün təşkil edilən işgüzar səhər yeməyində bildirib.

 

O, bunun nəticəsində yeni istiqamətlər üzrə uçuşların açılması baxımından geniş imkanlar yaranacağını bildirib.

 

Görüşdə C. Manizadə Assosiasiya üzvlərinə ilk olaraq AZAL-ın fəaliyyəti, göstərdiyi xidmətlər və gələcək planları haqqında ətraflı məlumat verib. C. Manizadə çıxışı zamanı son illər ərzində AZAL-ın bir sıra istiqamətlər üzrə birbaşa uçuşların sayını artırdığını, xüsusilə əcnəbi sərnişinlər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının əlverişli tranzit mərkəzinə çevrildiyini qeyd edib.

 

C.Manizadə AZAL üçün Assosiasiya üzvüləri ilə sıx əməkdaşlığın əvvəlki illərdə olduğu kimi prioritet istiqamət olaraq qaldığını və birgə əməkdaşlığın bundan sonra da dəstəklənəcəyini diqqətə çatdırıb.

 

AZAL-ın təşkil etdiyi işgüzar görüşü yüksək qiymətləndirən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm və aviasiya sektorları arasında səmərəli əməkdaşlığın, qarşılıqlı anlayış və birgə təşəbbüslərin daha da güclənməsinə və inkişafına bundan sonra da töhfə verəcəyini qeyd edib.

 

AZAL-ın bu istiqamətdə nümayiş etdirdiyi dəstəyin Assosiasiya üzvüləri üçün mühüm önəm daşıdığını bildirən ATAA sədri AZAL-ın rəhbərliyinə və komandasına bu ənənəvi görüşlərin keçirilməsinə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur