ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident Co Baydenin seçkilərdən geri çəkilməsindən sonra keçirilən ilk sorğularda keçmiş prezident və Respublikaçı namizəd Donald Trampa uduzur.
Publika.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Respondentlərin 51 faizi Trampa səs verəcəyini, 43 faizi isə Harrisi seçəcəyini bildirib. İyulun 21-də Ağ Evin hazırkı rəhbəri Co Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyərək yarışdan çıxdığını elan edib.
Tural