İyulun 23-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb.
Hazırda 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış əməliyyatları fasiləsiz olaraq davam etdirilir.
Ölkədə müşahidə olunan intensiv yağıntılarla əlaqədar kanalda suyun axın sürətinin həddən artıq yüksək olması axtarış əməliyyatını çətinləşdirir.
Əlavə məlumat veriləcək.