"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində iki oyunun cəmində "Braqa"nı üstələyərək (4:2, 2:3) 1/8 finala adlayıb.
Publika.az xəbər verir ki, Bakıda keçirilən dramatik cavab görüşündə Ağdam təmsilçisini 1/8 finala aparan qolu Nəriman Axundzadə vurub. 19 yaşlı hücumçu səfərdəki ilk görüşdə qol şansından yararlana bilməmişdi və buna görə də göz yaşı tökmüşdü. Bu dəfə isə o, 120+2-ci dəqiqədə qapını dəqiq nişan almaqla yanaşı, komandasını növbəti mərhələyə daşıyıb.
Final fitindən sonra Nəriman Axundzadə sevincini baş məşqçisi Qurban Qurbanovla bölüşüb.
Həmin anların görüntüsünü təqdim edirik: