01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Ukrayna ordusu Krımda Rusiyanın hərbi gəmisini VURDU

21 apr 2024 16:00
GÜNDƏM
ads

Ukrayna hərbçiləri aprelin 21-də Sevastopolda Rusiyanın “Kommuna” gəmisinə zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat yayıb.

“Bu gün Krımda Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasından “Kommuna” gəmisini sıradan çıxarıb. Dəymiş ziyan yoxlanılır. Ancaq gəmi indi öz vəzifələrini yerinə yetirmək iqtidarında deyil. Onların gəmiləri tükənəcək”, - deyə Pletençuk əlavə edib.

“Kommuna” Rusiya donanmasının ən qədim gəmisidir. Birinci Dünya Müharibəsi zamanı - 1913-cü ildə suya salınıb və 1915-ci ildə gəmi Baltik Donanmasının bir hissəsi oldu.

Həmin gəmi hazırda Rusiyanın Qara dəniz donanmasının bir hissəsi idi və Sevastopolda yerləşirdi. “Kommuna” sualtı qayıqların axtarışı və xilas edilməsi üçün nəzərdə tutulub, həm də sualtı nəqliyyat vasitələrinin daşıyıcısı kimi xidmət edir. Bu, Qara dənizdə belə vəzifələri yerinə yetirə bilən yeganə gəmidir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur