Barselona məhkəməsi Dani Alvesi 1 milyon avroluq girov müqabilində son hökm çıxarılana qədər həbsdən azad etməyə qərar verib.
Publika.az xəbər verir ki, bu barədə "El Periódico" məlumat yayıb.
"Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Alves bu qərardan apellyasiya şikayəti verib. Şikayətə baxılana qədər o, müəyyən məhdudiyyətlərlə azadlıqda olacaq.
Prokurorluq oyunçunun maddi imkanlarına görə qaçma riskinin yüksək olduğunu və verilən sərt cəzanı əsas gətirərək, Dani sərbəst buraxılmasına qarşı çıxıb. Buna baxmayaraq, məhkəmə futbolçunun zaminə buraxılmasına razılıq verib. Ödəniş alındıqdan sonra futbolçunun İspaniya və Braziliya pasportları müsadirə olunacaq.
Heybət