04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Macarıstan Aİ-yə sədrlik edəcək: Brüssel və Budapeşt arasında isə gərginlik artır

25 iyn 2024 14:00
GÜNDƏM
ads
Advertisement

İyulun 1-də Avropa İttifaqına sədrlik edəcək Macarıstan ilə Aİ arasında fikir ayrılıqları davam edir. Səbəb birlik hüququnun aliliyi və Ukraynanın üzvlüyü kimi fundamental məsələlərdir.


QÜTB.AZ xəbər verir ki, Aİ ölkələrinin Avropa işlərinə cavabdeh nazirləri Belçikanın sədrliyi çərçivəsində son iclasda Lüksemburqda bir araya gəlib.


Yanvarın 1-dən bu vəzifədə olan Belçika iyulun 1-də sədrlik səlahiyyətlərini Macarıstana təhvil verəcək. Belçikanın xarici işlər naziri Hadja Lahbib nazirlərin Macarıstana qarşı Aİ qanunlarını pozduğu səbəbilə həyata keçirilən prosedurla bağlı son vəziyyəti də müzakirə edəcəklərini bildirib.


Macarıstanın Avropa məsələləri üzrə naziri Yanoş Boka ölkəsinə qarşı tətbiq edilən pozuntu proseduruna münasibət bildirib: “7-ci maddə proseduru Avropa Parlamentinin seçki kampaniyasında siyasi məsələyə çevrildi və Macarıstanı məcbur etmək üçün siyasi təzyiq vasitəsi kimi istifadə edildi. Seçkidən sonra müzakirəni daha obyektiv və konstruktiv edə bilməyi diləyirəm, amma ümidim çox deyil. Yenə də biz heç vaxt təslim olmayacağıq".


Qeyd edək ki, Macarıstan bir müddətdir Aİ tərəfindən məhkəmə sistemi üzərində hədsiz nəzarət həyata keçirdiyinə və ölkədə əsas hüquq və azadlıqların məhdudlaşdırılmasına görə tənqid edilir. Ötən həftə Avropa Ədalət Məhkəməsi Macarıstanı sığınacaq qanununu pozduğuna görə 200 milyon avro cərimələyib.


Publika///



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur