ABŞ-ın bir çox şəhərləri 2100-cü ilə qədər xəyal şəhərinə çevrilə bilər.
Publika.az xəbər verir ki, "Nature Cities" jurnalında dərc edilən yeni araşdırmaya görə, İllinoys ştatındakı Çikaqo Universitetinin tədqiqatçıları bu fikirdədir.
Alimlərin sözlərinə görə ABŞ-ın 30 000-ə yaxın şəhərinin demək olar ki, yarısı əhalinin azalması ilə üzləşəcək.
Şimal-şərq və Orta Qərbdəki böyük şəhərlər artıq yavaş-yavaş əhalisini itirir. Cənub və qərb bölgələrindəki şəhərlərdə əhalinin artımı müşahidə olunsa da, Alabama, Corciya və Tennessi ştatlarının bəzi böyük şəhərləri tədricən boşalır.
Məsələn, Klivlend, Buffalo və Pitsburqda 2100-cü ilə qədər 12-23 faiz əhalinin azalması müşahidə olunacaq. Hal-hazırda əhalisi azalmayan Louisville, New Haven və Syracuse kimi şəhərləri də eyni mənzərə gözləyir, özü də daha tez.
Tədqiqat zamanı əhalinin qocalmasının təsirindən tutmuş iqtisadiyyatdakı dəyişikliklərə, əmək haqqına və nəqliyyat imkanlarına, eləcə də iqlim dəyişikliyi və digər amillərə qədər əhali dəyişikliklərinin mümkün səbəbləri araşdırılıb.
Cəmilə