01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Tualetdə "təyyarə partlayacaq" qeydi tapıldı: Ara qarışdı

22 fev 2024 06:00
GÜNDƏM
ads

ABŞ-ın Nyu-Cersi ştatından Kaliforniyaya uçan sərnişin təyyarəsi tualetdə tapılan mesaja görə Çikaqoda məcburi eniş edib.

Publika.az xəbər verir ki, polisin verdiyi ilk məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində “təyyarə partlayacaq” qeydi tapılıb. 202 sərnişini daşıyan təyyarə Çikaqonun O'Hare hava limanına təcili eniş edib.

Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyə edərək polis itləri ilə birlikdə təyyarəni saatlarla axtarsa ​​da, heç nə tapa bilməyib.

Daha sonra FTB-nin Çikaqo ofisindən verilən açıqlamada "Hazırda ictimai təhlükəsizliyə və ya obyektə qarşı qaçılmaz təhlükənin əlaməti yoxdur" deyilib.

Bomba təhlükəsinin əsassız olduğu üzə çıxdıqdan sonra təyyarə Çikaqodan yenidən Los Anceles Beynəlxalq Hava Limanına doğru yola düşüb.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur