Bir sıra Avropa klubları “Real” və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülərin xidmətində maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur “X” sosial şəbəkəsində məlumat verib.
Mənbənin məlumatına görə, PSJ, “Arsenal”, “Tottenhem”, “Bayer Leverkuzen” və “Borussiya Dortmund” 18 yaşlı hücumameyilli yarımmüdafiəçini qarşıdakı yay transfer pəncərəsində almaq üçün mübarizə aparacaq.
Gülər ötən yay 20 milyon avro qarşılığında “Fənərbaxça”dan “Real”a keçib. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə cəmi üç yarımçıq oyun keçirib. Türk futbolçu mövsümün ilk hissəsini diz və omba nahiyəsindən aldığı zədə səbəbindən buraxıb.
Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.