"Aeroflot" aviaşirkətinə məxsus Moskva-İrəvan reysi ilə uçan təyyarə havaya qalxdıqdan bir saat sonra Moskvaya qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat paylaşıb.
İlkin məlumata görə, buna səbəb qadın sərnişinlərdən birinin halının pisləşməsi olub.
Onlayn uçuş platforması göstərir ki, təyyarə “Şeremetyevo”dan havaya qalxaraq geri dönərkən “Jukovski”yə enib.