Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turu bitdikdən sonra baş tutan mükafatlandırma mərasiminin ardından "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə mövsüm barədə fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, media nümayəndələrinin suallarını cavablandıran mərkəz müdafiəçisi mövsümü qızıl dublla başa vurmaq istədiklərini deyib:
"Mövsümə yaxşı başlamışdıq. Sonra toparlana bildik. Çətin başlayıb, sonluğu yaxşı bitirdik. Mövsüm hələ bitməyib. Bundan sonra"Zirə" ilə Azərbaycan Kubokunun final oyunu var. Çətin görüş olacaq. Rəqibi tanıyırıq, çox yaxşı müdafiə olunmağı bacaran komandadır. Bizi nəyin gözlədiyinin fərqindəyik. Buna uyğun hazırlaşacağıq. Mövsüm ərzindəki səhvlərimizdən nəticə çıxarıb UEFA Çempionlar Liqasında daha uğurlu olmaq istəyirik".
Heybət Məmmədov