İslamabad Rayon Məhkəməsi Ədalət Hərəkatı Partiyasının lideri və keçmiş baş nazir İmran Xana qarşı 2023-cü ilin mayında iğtişaşlar və vandalizm təşkil etməklə bağlı ittihamları ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.
Məhkəmə, həmçinin partiya rəhbərliyinin daha 7 üzvünə bəraət hökmü çıxararaq, “onların hamısının siyasi motivlərlə mühakimə oluna biləcəyini, məhkəmədə təqsirləndirilən şəxslərin təqsirini sübut edəcək sübutların olmadığını” etiraf edib.
Məhkəmənin bəraət hökmü yanvar ayında dövlət sirri haqqında qanunları pozduğuna görə 10 il, korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edildikdən sonra həbs cəzasını çəkməyə başlayan Xanın taleyinə təsir etməyəcək.