28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Əliyevin İrəvandan tələbi: Paşinyan icra etməyə başladı

19 iyl 2024 06:00
GÜNDƏM
ads
Advertisement

Ermənistanda yeni konstitusiyanın yazılması məqsədilə yaradılan Konstitusiya Şurası uzun fasilədən sonra növbəti iclasını çağırarıb. İclasda yeni konstitusiya məsələsi və xüsusən də yeni konstitusiyanın modeli məsələsi müzakirə edilib.

Publika.az xəbər verir ki, bu barədə "Hraparak" yazıb.

Nəşr qeyd edib ki, Ermənistan hökuməti artıq İlham Əliyevin tələbinin icrasına başlayıb:

"Azərbaycan Prezidenti İlham Əliyev Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb etdi. Bu tələbi yerinə yetirən Nikol Paşinyan partiya üzvü Arusyak Culhakyanın köməyi ilə məsələni Şuranın gündəliyinə çıxarıb. Culhakyan şura üzvlərinin çoxsaylı suallarına cavab olaraq bildirib ki, o, Konstitusiyanın dəyişdirilməsini şəxsən istəyir. Üstəlik, Şura üzvlərinin bəzilərinin suallarına cavab olaraq, o, Konstitusiyanın preambulasının dəyişdirilməsinin əleyhinə olmadığını da gizlətməyib".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşü zamanı bəyan edib ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bununla da dövlət başçısı Ermənistanın siyasi elitasının qarşısına yeni tapşırıq qoydu və əvvəldən də dəfələrlə bəyan etdiyi fikrini bir daha təsdiqlədi.

Akqabay


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur