28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Borcuna görə doğma oğlunu 300 minə satdı

15 okt 2024 14:00
GÜNDƏM
ads

İndoneziyada oğlunu tanımadığı şəxslərə satan ata həbs edilib.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Cakartalı qadın 11 aylıq körpəsini ərinin yanında qoyub gedib. Qayıdanda isə uşağını evdə görməyib. O, bir neçə dəfə yoldaşından uşağın hara getdiyini soruşub. Nəticədə qadın onu etiraf etməyə məcbur edib ki, o, onlayn kazinolara olan borcları ödəmək üçün oğlunu 15 milyon rupiyə (təxminən 303 000 AZN) satıb.

Qəzəbli ananın təkidi ilə 36 yaşlı ata hər şeyi polisə etiraf edib və uşağı alanların adını verib. O, pulu kreditorlara verməli olduğunu, lakin nəfsinə qalib gələ bilməyərək hamısını qumarda uduzduğunu bildirib. Həmin şəxs həbs edilib, uşağı alan şəxslər isə insan alverində şübhəli bilinərək saxlanılıb. Onların böyük cinayət şəbəkəsinin üzvləri olduğu məlum olub. Cinayətkarları 15 ilə qədər həbs cəzası gözləyir.

Uşağın anaya qaytarılıb-qaytarılmaması məlum deyil.

Adəm

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur