Rusiya da ABŞ hərbi obyektinə qarşı istifadə oluna biləcək müasir raket silahları ilə ölkələrdən birini təmin edə bilər.
Publika.az xəbər verir ki, bu iddianı hərbi ekspert Anatoli Matviyçuk Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli Amerika raketləri ilə hücum etmək cəhdini şərh edərkən irəli sürüb.
"Mən artıq dedim: Birləşmiş Ştatların ABŞ-dan kənarda çoxlu obyektləri var", - o, “News.ru”ya müsahibəsində deyib.
Ekspert misal kimi Suriyanın Homs əyalətində Amerika dəniz piyadaları, desantçıları və təyyarələrinin yerləşdiyi əl-Tanf hərbi bazasını göstərib:
"Təsəvvür edə bilərsinizmi ki, birdən Suriya ordusu amerikalıları, məsələn, "Kalibr" qanadlı raketi ilə vurur?"
O qeyd edib ki, bu halda Moskva izah edə bilər ki, bu raketlər artıq Rusiyanın deyil, Suriyanındır və Dəməşqin öz ərazisindəki Amerika hərbçilərini işğalçı hesab edib onlara hücum etmək hüququ var.
Tural