Avro-2024-də çıxış edən İsveçrə millisinin təcrübəli futbolçusu Xerdan Şakiri 2 unikal naliyyətə imza atıb.
Publika.az xəbər verir ki, o, turnirin qrup mərhələsinin 2-ci turunun Şotlandiya ilə matçında (1:1) qol vurmaqla buna nail olub.
İsveçrəli vinger ardıcıl 6 böyük turnirin final mərhələsində (DÇ-2014, Avro-2016, DÇ-2018, Avro-2020, DÇ-2022, Avro-2024) qol vuran yeganə futbolçudur.
Bundan başqa, 32 yaşlı Şakiri dünya və Avropa çempionatlarının hərəsində 5 və ya daha çox qol vurmağı bacaran 7-ci oyunçu olub. Bu göstəricidə o, Mişel Platini, Yurgen Klinsmann, Zinəddin Zidan, Tyerri Anri, Kriştiano Ronaldo və Romelu Lukakunun nailiyyətini təkrarlayıb.
Heybət