28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Serbiya yığması bu təyyarə ilə uçdu: Ölkə prezidenti qəzəbləndi

28 iyn 2024 08:00
İDMAN
ads
Advertisement

Serbiya millisinin AVRO-2024-ə Xorvatiya aviaşirkəti ilə getməsi prezident Aleksandr Vuçiçin qəzəbinə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Serbiya parlamentinin sədri Ana Brnabiç danışıb.

“Bütün bunlar futbolçuların Serbiya üçün oynadığı və mübarizə apardığı vaxt milli komandaya mane olmamaq üçün açıqlanmadı. Amma doğrudur, belə də olub. Bu utancvericidir.

Prezident Vuçiç deyərdim ki, son dərəcə qəzəbli idi. Ümid edirəm ki, günahkarlar tapılacaq. Və bunun niyə baş verdiyi bəlli olacaq.

Bizim "Air Serbia" adlı şirkətimiz var. Həmişə bu hava yolları ilə səyahət edirik. Serbiya prezidenti uzun səfərlərə, məsələn, Çinə gedəndə həmişə "Air Serbia" ilə uçur. Çünki biz bayrağımız olan bir təyyarəyə enməkdən qürur duyuruq”, - deyə Brnabiçin "Mondo.rs"-ə bildirib.

Qeyd edək ki, Serbiya millisi qrupda sonuncu yeri tutaraq Avro-2024-ün pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur