19.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Berdiyev məğlubiyyətin səbəbini AÇIQLADI: "Digər matçlara baxsaq..."

19 yan 2025 20:00
İDMAN
ads

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 19-cu turunda Tovuz şəhər stadionunda "Kəpəz"ə 2:5 hesabı ilə məğlub olub.

QÜTB.AZ xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev qərb derbisindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Kəpəz" layiqli qələbə qazandı. Onları təbrik edirəm. Planlaşdırdıqlarımızı edə bilmədik. Bizdə bu alınmadı.

- Son 8 oyunda 1 qələbə var. Səbəbi nədir?

- Təbii ki, müəyyən səbəbləri var. Sırf bu oyuna gəldikdə, bu gün heç nə alınmadı. Digər matçlara baxsaq, pis oynamamışdıq. Təhlillər edib səbəbləri axtaracağıq.

- Orxan Əliyevi transfer etməyinizin səbəbi nədir?

- Orxan pis futbolçu deyil. İlk matçıdır, bir az həyəcan var idi, Yavaş-yavaş düzələcək.

- Planlaşdırdığınız nələr alınmadı?

- Sadiq Quliyev ilk dəfədir oynayırdı, Araş Qaderi xəstəlikdən sonra qayıdıb. Müdafiədəki problenmələr öz təsirini göstərdi. Standart vəziyyətlərdə ciddi səhvlərimiz var idi. Belə qollar buraxacağımızı gözləmirdik. Çünki standart vəziyyətlərin üzərində çox işləyirdik.

- Ehtiram Quliyev bildirib ki, Kurban Berdiyev bizə avrokuboklar sözü verib. Bunun komandaya psixoloji təsiri oldu?

- Xeyr. Məqsəd eyni olaraq qalır. Sadəcə olaraq nəticələr çıxarıb yolumuza davam etməliyik.

Qutb

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur