Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ayağından vurulması ilə bağlı iddialara cavab verib.
QÜTB.AZ xəbər verir ki, jurnalist Barış Yarkadaş ona zəng edərək iddialarla bağlı soruşub və açıqlamalarını “TV100”-də ictimaiyyətlə bölüşüb:
“Bu yazı ilk dəfə səhər saatlarında FETÖ hesabları tərəfindən paylaşıldı. Sonra gördüm ki, FETÖ-cüləri izləyənlər də paylaşıblar.
Mənim Güven Xəstəxanasında çəkilən rentgen görüntülərim e-dövlətə yüklənib. Rentgendə qırıq açıq-aydın görünür. Hər kəs baxa bilər. İstəyənə nəticələri özüm də göndərə bilərəm”, - Özgür Özəl deyb.
Roza