02.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Sentyabrın hava PROQNOZU

30 avq 2025 15:00
GÜNDƏM
ads

Milli Hidrometeorologiya Xidməti sentaybr ayının hava proqnozunu açıqlayıb.

Qurumdan Qutb.az-a verilən məlumata görə, sentyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aaylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə, gündüzlər 24-29 dərəcə, bəzi günlərdə 33-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 12-23 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə, gündüzlər 26-31 dərəcə, bəzi günlərdə 34-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-13 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə, gündüzlər 21-26 dərəcə, bəzi günlərdə 29-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-50 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17 dərəcə, gündüzlər 19-24 dərəcə, bəzi günlərdə 27-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-37 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə, gündüzlər 24-29 dərəcə, bəzi günlərində 33-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı gözlənilir (norma 17-44 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,  Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə,  gündüzlər 22-27 dərəcə, bəzi günlərdə 30-35 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüzlər 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı gözlənilir (norma 33-120 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə, gündüzlər 25-30 dərəcə, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-38 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə, gündüzlər 24-29 dərəcə, bəzi günlərdə 33 dərəcəyədək isti, dağlardagecə  15-19 dərəcə, gündüzlər 22-27 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199 mm).

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur