Xalq artisti Aygün Kazımova yenə geyimi ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, Pop diva "Dolce & Gabbana" brendinin məşhur kolleksiyasından istifadə edib.
Ölkənin əsas ulduzunun geyindiyi sözügedən brenddən olan tulumun qiyməti 1995 dollar, yəni 3391 manat, çəkmə isə 1176 dollar, yəni 2 min manatdır.
Kazımova tərzini qırmızı eynək və etni rəngdə plaşla tamamlayıb.