Burkina-Faso Keçid Milli Assambleyası ingilis və fransız dillərini işçi dillər kimi müəyyən edən və milli dillərə rəsmi status verən konstitusiya dəyişikliyini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə AIB məlumat yayıb.
Düzəliş nəticəsində fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirir, ingilis dili isə Burkina Faso administrasiyasında işçi statusu qazanır.
"Milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın dərin arzusudur və hökumət, ümumiləşdirsək, əmindir ki, xalq başqalarının dilində inkişaf edə bilməz", - deyə agentliyin sitat gətirdiyi sənəddə qeyd olunur.
Bundan əlavə, bu tədbir əhalinin ictimai həyata daha geniş cəlb olunmasını təmin edir. Dəyişikliyə əsasən, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.
Burkina-Fasoda əhalinin təxminən 90%-nin danışdığı 60-dan çox milli dil var. Bunlardan ən çox yayılmışları Mur, Diula, Bissa, Dagara, Fulfulde, Qurmanchemadır.
Hüseyn İbadlı