Dünya çempionu, “Qızıl top”un sahibi, İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro Zaqreb “Dinamo”sunun baş məşqçisi təyin olunub.
QÜTB.AZ xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
Kannavaro rəhbərlik vəzifəsində bu ilin sentyabr ayından “Dinamo”nu çalışdıran Nenad Byelikanı əvəzləyib. 51 yaşlı mütəxəssisin rəhbərlik etdiyi sonuncu klub iyunda tərk etdiyi “Udineze” olub.
Əvvəllər Kannavaro “Benevento”ya rəhbərlik edib. Həmçinin Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çinin “Quançjou Everqrande” və “Tyanjin” klublarında işləyib.
İtaliyalı futbolçu karyerası ərzində “Real”, “Napoli”, “Parma”, “Yuventus”, “İnter”, “Əl-Əhli” və Hindistanın Benqal Tuskers klublarında çıxış edib.
Qeyd edək ki, keçirilən 18 oyundan sonra “Dinamo” 29 xalla Xorvatiya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.