İsrail silahlı qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisində əməliyyatları genişləndirəcək.
Publika.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yoav Qallant bildirib.
"Biz Xan Yunis bölgəsində intensiv əməliyyatlar aparırıq və bu əməliyyatları genişləndirəcəyik”, - "The Times of Israel" nazirin sözlərindən sitat gətirib.
Nazir qeyd edib ki, əsas məqsədlərdən biri də HƏMAS-ın məğlubiyyəti və israilli girovların azad olunmasıdır.