Türkiyənin Ədirnə rayonunda idarəetmədən çıxaraq yuvarlanıb yanmağa başlayan avtomobilin sürücüsü qəzadan burnu belə qanamadan çıxıb.
Publika.az xəbər verir ki, aşan avtomobil alovlanaraq yanmağa başlayarkən sürücü Rıfat G. heç bir kömək olmadan avtomobildən düşüb.
Hadisə yerinə polis, jandarma və xilasetmə qrupları sövq edilib. Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğın söndürülüb.
Avtomobil tamamilə yanaraq yararsız hala düşüb.
Roza Şəfiyeva