Türkiyənin Şırnak vilayətində PKK terrorçuları mülki avtomobillərə raket hücumu təşkil edib, nəticədə çox sayda insan yaralanıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Yeni Şafak" məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılar Silopi Dövlət Xəstəxanasına çatdırılıb.
Hücumun PUA ilə edildiyi güman edilir.
Hücumdan sonra qaçan terrorçuların tutulması üçün bölgədə genişmiqyaslı əməliyyat başladılıb.