Almaniyanın “Bayer” futbol klubunun oyunçuları Bakıya gəliblər.
Publika.az xəbər verir ki, bu barədə klubun “Facebook”dakı rəsmi səhifəsində məlumat verilib.
Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” - “Bayer” matçı martın yeddisində Tofiq Bəhramov adına stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.