"Barselona" yeni transferi Vitor Rokeni La Liqada qeydiyyatdan keçirib.
Publika.az xəbər verir ki, Kataloniya təmsilçisi rəsmi saytı vasitəsilə bütün lazımi hüquqi rəsmiləşdirmələrin tamamlandığını bildirib.
18 yaşlı hücumçu La Liqanın 19-cu turunda "Las Palmas"la bu gün saat 00:30-da keçiriləcək oyun üçün heyətə daxil edilib.
Qeyd edək ki, braziliyalı futbolçu "Barselona" ilə 2031-ci ilin iyununa kimi müqavilə imzalayıb.
Heybət