29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycandan hansı maliyyə kəşfiyyatı orqanlarına məlumat göndərilib?

22 okt 2024 05:00
GÜNDƏM
ads

2023-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 64 ölkənin xarici maliyyə kəşfiyyatı orqanlarına 126 məlumat göndərib. Bu da 2022-ci ilin müvafiq göstəricisindən (37) 89 vahid və ya 3,4 dəfə çoxdur.

Bu barədə QÜTB.AZ MMX-ya istinadən xəbər verir ki, məlumatın göndərildiyi ölkələrin sayı 2022-ci ilin müvafiq göstəricisindən (32) 32 vahid və ya 100 faiz daha çox olub. 2023-cü ildə göndərilən məlumatların 48,4 faizi Türkiyə, Rusiya, ABŞ, Ukrayna, BƏƏ, İsveçrə, Gürcüstan, Belarus, Litva, İtaliya, Birləşmiş Krallıq və Kiprin payına, 51,6 faizi isə 52 fərqli ölkənin payına düşüb.

Həmçinin, ötən il Xidmətə 25 xarici ölkənin maliyyə kəşfiyyatı orqanından 57 məlumat daxil olub ki, bu da 2022-ci ilə nisbətən müvafiq olaraq 13,8 % və 6,6 % azdır.

Daxil olmuş məlumatların 24,6%-i Rusiyanın, 12,3%-i Türkmənistanın, 10,5%-i Latviyanın, 7%-i Almaniyanın, 5,3%-i Ukraynanın, 3,5%-i İtaliya, Çexiya və Maltanın, 1,8%-i isə müvafiq olaraq Hindistan, Estoniya, Lixtenşteyn, Türkiyə, Norveç, Niderland, Man adası, Seyşellər, BƏƏ, Bəhreyn, Polşa, İsrail, Belarus, Vanuatu, Kipr, Filippinlər və Macarıstanın payına düşüb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur