28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

İdeal çəkinin hesablanması düsturu: Çəkinizi boyunuzun...

25 yan 2024 01:00
GÜNDƏM
ads

İdeal çəkinizi hesablamaq üçün kilonuzu boyunuzun kvadrat metrinə bölmək lazımdır.

Publika.az xəbər verir ki, bu barədə riamo.ru-ya terapevt Natalya Mikrina məlumat verib. Onun sözlərinə görə, 18,5 ilə 24,9 arasında dəyişən nəticə çəkinin normal olduğunu göstərir. 25-dən 29.9-a qədər olan rəqəmlər artıq çəkini göstərir. Bu, həm də profilaktik tədbirlər görməli olduğunuzu bildirir.

30-dan 39.9-a qədər olan göstərici piylənmədən xəbər verir və ciddi xəstəlik riski olduğunu göstərir. Növbəti altı ayda ən azı 10% çəki itirməyə çalışmaq lazımdır. Alınan nəticələrin 40 və ya daha yüksək olduğu ortaya çıxarsa, təcili mütəxəssislə əlaqə saxlamalısınız, çətin ki, özünüz bunun öhdəsindən gələ biləsiniz.

"Bundan əlavə, belinizi ölçməyi məsləhət görürəm. Qadınlarda 88 santimetrdən, kişilərdə isə 102-dən çox ölçü visseral (qarındakı piylər qaraciyər, mədəaltı vəzi və bağırsaqlar kimi vacib orqanları əhatə edir, buna görə də visseral adı verilir - red.) piylərin mövcudluğundan və ürək-damar xəstəlikləri riskinin yüksək olduğundan xəbər verir. Bu vəziyyətdə insulin müqaviməti yaranır. Orqanizmin hüceyrələri insulinə cavab verməyi dayandırır", - həkim sonda vurğulayıb və hər hansı fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edib.

Aytən Məftun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur