İsveçrə sammitinin kommünikesini imzalayan Macarıstan, Serbiya və Türkiyənin mövqeyi onların Rusiya ilə münasibətlərini korlamayacaq.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, Ukrayna ilə bağlı İsveçrə konfransının effektivliyi sıfıra bərabərdir:
“İsveçrədə keçirilən sammitdə bir çox ölkələr Ukrayna məsələsinin Rusiyasız müzakirə edilməsinin perspektivli olmamasından danışıb. Kremldə bu məsələ qeyd edilib”.